Bərdə və Abşeron rayonlarında ehtiyatsızlıq ölümə səbəb olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Bərdə rayon sakini Şəmil Hüseynov yardımçı təsərrüfatda işləyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Abşeron rayonu Atyalı yaşayış sahəsində Sumqayıt şəhər sakini Vasif Dünyamalıyev da elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.