Eldar Sabiroğlu: ”Sarkisyan şikəstdir ”
02 oktyabr 2013 18:59 (UTC +04:00)

Eldar Sabiroğlu: ”Sarkisyan şikəstdir ”

“O, uşaq qatilidir və vaxt gələcək, cinayətkar kimi beynəlxalq məhkəmə önündə cavab verməli olacaq”


 

 “Ermənistan prezidenti Serj Sarkisyan elə zənn edir ki, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) hiyləgər çıxışı ilə özünün və cinayətkar komandasının əməllərini ört-basdır edə bilər. O, uşaq qatilidir və vaxt gələcək cinayətkar kimi beynəlxalq məhkəmə önündə cavab verməli olacaq”.

 

Bunu APA-ya açıqlamasında Mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

 

Müdafiə Nazirliyinin sözçüsü Ermənistan prezidentinin Serj Sarkisyan AŞPA-dakı çıxışı barədə daha sonra bunları deyib: “Xocalıda yüzlərlə insanı qətlə yetirən Serj Sarkisyanın bu adamın faciədən necə lovğalanmasını, hətta həyasızcasına müsahibə verərək “bununla Azərbaycana dərs vermək istədik”, deyə sərsəm fikirləri bu gün də kimsənin yadından çıxmayıb. Onun Azərbaycan prezidentini lovğalanmaqda ittiham etməsinə ümumiyyətlə, bir insan kimi mənəvi haqqı yoxdur. O, şüurən şikəstdir.

 

Bu uşaq qatili nə bir şəxsiyyət, nə bir dövlət rəhbəri kimi Azərbaycan prezidenti İlham Əliyevlə özünü ümumiyyətlə, müqayisə edə bilməz. Ondan və onun hərbi xuntasından fərqli olaraq Azərbaycan prezidenti kimsənin başını kəsməyib. Ondan fərqli olaraq Azərbaycan prezidenti hamilə ananın qarnına süngünü çəkib, dünyaya hələ göz açmayan körpənin başını bədənindən ayırmayıb. Ondan fərqli olaraq Azərbaycan prezidenti tikib-yaradır, quruculuq işləri ilə məşğul olur, həm öz xalqına, həm də bəşəriyyətin normal yaşayışının təmin edilməsi üçün öz iqtisadi layihələri ilə layiqli töhfələrini verir”.

 

E. Sabiroğlu deyib ki, S. Sarkisyan AŞPA-nın tribunasından rəhbərlik etdiyi müddətdə Ermənistandan insanların kütləvi şəkildə öz ölkələrini necə tərk etmələrini dilə gətirməliydi: “Bu cinayətkar öz xalqına da az ziyanlar vurmayıb. İndi onu narahat edən Azərbaycanın hərbi büdcəsinin ilbəil artmasıdır. İndi onu həm də narahat edən hərbi hissələrə erməni anaların öz övladları üçün həftəlik azuqə daşımalarıdır. Lovğa-lovğa danışmaq Serj Sarkisyanın naturasına daha çox uyğundur. Yadından çıxarmasın ki, Azərbaycan torpaqları təkcə Ermənistanın gücü ilə işğal edilməyib. Bu işdə sovetlərdən qalan 366-cı hərbi alayın oynadığı rolu tarixin yaddaşından silmək mümkün deyil. Görünür, bu gün də forpost ölkənin forpost prezidenti Serj Sarkisyanı belə yekə-yekə danışmağa həvəsləndirən oxşar amilə arxalanmasıdır. Amma zaman o zaman deyil. Serj Sarkisyan və onun komandası unutmasın ki, Azərbaycan Ordusu torpaqları işğaldan azad edərək həmin ərazilərdə ölkənin suverenliyinin bərpasına nail olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27