Ehtiyatsızlıqdan qohumunu güllələdi
08 yanvar 2016 13:14 (UTC +04:00)

Ehtiyatsızlıqdan qohumunu güllələdi

0

Ağdaş rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 7-də Ağdaş rayonunun Hacılı kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davranıb. Nəticədə onun açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar