Ədliyyə Nazirliyi Pentensiar xidməti: “Vəziyyət tam nəzarətdədir”
10 sentyabr 2013 13:53 (UTC +04:00)

Ədliyyə Nazirliyi Pentensiar xidməti: “Vəziyyət tam nəzarətdədir”

Ədliyyə Nazirliyi Pentensiar xidməti 2 saylı Cəzaçəkmə müəssisəsində rejimə nəzarətin itməsi, müəssisədə kriminal aləmin ideyalarına meyl göstərən məhkumlar tərəfindən digər cəza çəkənlərin hüquqlarının pozulması və həmin müəssisəyə guya daxili qoşun qüvvələrinin yeridilməsinin planlaşdırılması barədə mətbuatda yazılanlara cavab verib.

 

 Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində, eləcə də digər penitensiar müəssisələrdə vəziyyət tam nəzarət altındadır: “Məhkumların hüquq və qanuni mənafeləri tam qorunur və hər hansı narahatçılıq üçün heç bir əsas yoxdur. Son müddət ərzində digər müəssisələrdə olduğu kimi 2 saylı cəzaçəkmə müəssisəsində də məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların xüsusi peşə təhsilinə, ictimai faydalı əməyə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin arasında məhkumlara göstərilən sosial və psixoloji yardımlar xüsusi diqqət mərkəzindədir. Görülmüş işlər məhkumlar və onların yaxınları tərəfindən rəğbətlə qarşılanır”.

 

Mətbuat xidmətinin sözlərinə görə, Penitensiar xidmət, Ədliyyə Nazirliyinin digər qurumlarının əməkdaşları, habelə qeyri - hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi olaraq baş çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi qaydalarına riayət edilməsinə tam nəzarət olunur: “ ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları Üzrə Azərbaycan Respublikasının Müvəkkili və eləcə də Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün müəssisələrdə monitorinqlər keçirir, nəticələr barədə kütləvi informasiya vasitələrinə müvafiq məlumatlar verirlər”. 

 

 


Bundan başqa qeyd edib ki,  vaxtaşırı olaraq cinayətkar aləmin ideyalarına meyl göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər: “Bu niyyətlərin əsas məqsədi cəzaçəkmə müəssisələrində qanunvericiliklə qadağan olunmuş qurumların yaradılmasını, narkotik vasitələrin və digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsini təmin etməkdən ibarətdir. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir.
Məqalədə iddia edildiyi kimi, cəzaçəkmə müəssisələrinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yeridilməsi fikri isə tamamilə absurddur. Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur. Penitensiar Xidmətin özünün Mühafizə Alayı və onun tərkibində müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü vardır. Əgər hansısa cəzaçəkmə müəssisəsində işçi heyətinin qanuni tələblərinə tabe olmamağa, müəssisənin iş fəaliyyətini qərəzli surətdə pozmağa cəhd göstərilərsə, məhkumların və yaxud əməkdaşların həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının və “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq həmin qüvvələrdən istifadə edilərək təhlükəsizlik tədbirləri həyata keçirilə bilər. Beləlıiklə, “Bizim yol” qəzetinin 09 sentyabr 2013-cü il tarixli sayında dərc edilmiş “Həbsxanada vəziyyət nəzarətdən çıxıb?” sərlövhəli məqalədəki 2 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”. 

 

Qeyd edək ki, “Bizim Yol” qəzetinin 10 sentyabr 2013-cü il tarixli sayında “Həbsxanada vəziyyət nəzarətdən çıxıb?” sərlövhəli məqalədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində rejimə nəzarətin itməsi, müəssisədə kriminal aləmin ideyalarına meyl göstərən məhkumlar tərəfindən digər cəza çəkənlərin hüquqlarının pozulması və həmin müəssisəyə guya daxili qoşun qüvvələrinin yeridilməsinin planlaşdırılması barədə həqiqətə uyğun olmayan yazı dərc olunub. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03