Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanuna-zidd əməlin üstü açılıb. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynurə Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib.
Hazırda fakt üzrə araşdırma aparılır.