Sərhəd xidmətinin hospitalında yeni texnologiya ilə öd çıxarılıb
04 avqust 2015 12:05 (UTC +04:00)

Sərhəd xidmətinin hospitalında yeni texnologiya ilə öd çıxarılıb

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında ilk dəfə olaraq 2008- ci ilin iyun ayında laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013- cü ilin yanvar ayında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub. Lent.az DSX-nın saytına istinadən xəbər verir ki, 2015- ci ilin 23 iyul tarixində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionumuzda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğurla həyata keçirilib. 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkə­mizin dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.

 

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində öz fəaliyyətini davam etdirmək əzmindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar