Dövlət Komitəsi Ankarada Xocalı stendlərin dağıdılmasına münasibət bildirdi
25 fevral 2013 14:52 (UTC +04:00)

Dövlət Komitəsi Ankarada Xocalı stendlərin dağıdılmasına münasibət bildirdi

Türkiyə hüquq-mühafizə orqanları məsələni araşdırır

 

 

Dünən Diasporla İş üzrə Dövlət Komitəsi Ankarada Gökbörü Türkçülər Dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı Qızılay meydanında qurulan stendlərə naməlum şəxslər tərəfindən hücuma münasibət bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm Lent.az-a açıqlamasında deyib ki, Gökbörü Türkçülər Dərnəyi Xocalı soyqırımının tanıdılması ilə bağlı imzatoplama kampaniyasına başlayıb.

 

Həmin kampaniya çərçivəsində də Xocalı soyqırımı ilə bağlı stendlər quraşdırılıb. Məqsəd də Xocalı soyqırımı ilə bağlı kampaniyaya daha çox insanı cəlb etmək olub: “Hələ kimliyi məlum olmayan təxribatçı qruplar tərəfindən təxribat xarakterli addım atılıb, stendlər dağıdılıb, fotoşəkillər yerə atılıb. Hazırda Türkiyə hüquq-mühafizə orqanları bu məsələni araşdırır, kimlərin bu təxribatçı addımı atdığı istiqamətində iş aparır. Diasporla İş üzrə Dövlət Komitəsi daha dəqiq məlumatlar əldə edildikdə bu barədə ictimaiyyətə ətraflı  məlumat verəcək”.

  

Qeyd edək ki, Xocalı soyqırımı üçün imzatoplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasında əlbəyaxa döyüş olub. Hadisə nəticəsində dərnək üzvlərindən 7 nəfərin yaralandığı bildirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697
avatar

Oxşar yazılar