Dövlət ittihamçısı müsavatçıya 8 il istədi
12 mart 2015 17:17 (UTC +04:00)

Dövlət ittihamçısı müsavatçıya 8 il istədi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, S. Kərimlinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar