Saatlıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Əliabad kəndində (rayon mərkəzindən 39 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxində tavan 16 kv.m sahədə, mətbəx mebeli və kondisioner yanın.
Evin qalan hissəsi yanğından mühafizə olunub.