<span style="color:red;">DİQQƏT!  Sürücülər, bu yolda ehtiyatlı olun
31 may 2019 10:45 (UTC +04:00)

DİQQƏT! Sürücülər, bu yolda ehtiyatlı olun

Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 may və 1 iyun tarixlərində axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar