DİN Ülvi Quliyevin saxlanılmasının təfərrüatlarını açıqladı
05 oktyabr 2013 17:16 (UTC +04:00)

DİN Ülvi Quliyevin saxlanılmasının təfərrüatlarını açıqladı

«Bəzi kütləvi informasiya vasitələrində oktyabrın 6-da prezidentliyə namizəd Cəmil Həsənlinin Sumqayıtda görüşünü təşkil edən AXCP üzvlərinə qarşı təzyiq edilməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, Cəmil Həsənlinin seçki bukletlərini paylayan AXCP Sumqayıt təşkilatının Məclis üzvü Ülvi Quliyev əsassız olaraq polis tərəfindən saxlanılıb, onun avtomobili guya heç bir səbəb olmadan yol polisinin cərimə meydançasına aparılıb. Bu xəbərlər kökündən yalandır, əsassızdır və reallığı əks etdirmir».


 

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov qeyd edib ki, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları oktyabrın 4-də gecə saat 23:50 radələrində bir avtomobilin hərəkətinin və idarə edilməsinin şübhəli olmasını sezərək onu saxlayıblar: «Bəlli olub ki, avtomobilin sürücüsü, vətəndaş Ülvi Quliyev maşını içkili vəziyyətdə idarə edib. Sürücü mövcud qanunvericiliyin tələbinə əsasən tibbi müayinədən keçirilib. Bu zaman onun sərxoş olduğu müəyyənləşib və buna dair müvafiq həkim rəyi də verilib. Ülvi Quliyev sərxoş olduğunu özü də etiraf edib. Bundan sonra onun avtomobili qanunun tələbinə əsasən cərimə meydançasına aparılıb. Özü barədə toplanan materiallar isə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilib».

E.Zahidov həmçinin bildirib ki, bu, vətəndaş Ü.Quliyevin ilk qanun pozuntusu deyil: «Araşdırmalar zamanı məlum olub ki, Ülvi Quliyev yol hərəkəti qaydalarını son iki ayda 4 dəfə kobud şəkildə pozub. Buna görə də bəzi KİV-də səslənən iddiaların, onun guya siyasi fəaliyyətinə görə saxlanması barədə yazılanların heç bir əsası yoxdur. Yol polisi qanunun tələblərini pozan avtomobili saxlayanda bu addımı onun sürücüsünün siyasi mənsubiyyətinə nəzərən atmır. Yol polisi sürücünün AXCP üzvü olub-olmadığını gecə saat 23:50-də haradan bilə bilər? Bir də ki, gecə saat 23:50-də də təbliğat-təşviqat aparılırmı? Absurd iddiadır. Xəbərdə adı keçən ikinci şəxsə - Elçin Həsənova gəlincə isə o, Ülvi Quliyevin sərnişini olub. Ülvi Quliyevin sərxoşluğu faktı üzə çıxandan sonra Həsənov Quliyevi müdafiə etmək məqsədilə yol polisi əməkdaşlarını təxribata çəkməyə çalışıb. Amma polis təmkinli davranıb. Onun jurnalist olduğu nəzərə alınaraq xəbərdarlıq edilib».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21