Daxili İşlər Nazirliyi Ucarda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, oktyabrın 8-də saat 18 radələrində Alpout kəndində Qəbələ rayon sakini Şahin Hüseynovun idarə etdiyi “MAK” və İsmayıllı rayon sakini Ceyhun Baxışovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. C.Baxışov və sərnişinləri - İsmayıllı rayon sakini Səbuhi Mirzəməmmədov, arvadı Zəminə, azyaşlı uşaqları Yusif və Aişə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.