Daxili İşlər Nazirliyi avqustun 30-da Balakən rayonundakı “Nərmin” şadlıq sarayında keçirilən toy məclisində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətəndaşı Səbuhi Rəhimov arasında münaqişə baş verib və sonradan onlar şadlıq sarayının həyətinə çıxıblar. Orada İ.Muqumov tapançadan atəş açaraq S.Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət yetirib hadisə yerindən qaçıb.
M.Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdirilib.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Muqumov tutulub, hadisəni törədərkən istifadə etdiyi “Akdal” markalı tapança və 4 ədəd güllə ondan götürülüb.