DİN Qubadakı qətlin üstünün açılması ilə bağlı məlumat yayıb
09 iyul 2016 17:55 (UTC +04:00)

DİN Qubadakı qətlin üstünün açılması ilə bağlı məlumat yayıb

0

Daxili İşlər Nazirliyi Qubada törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə N.Xəlilovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini Emin Nəsirov tutulub.

 

Qeyd edək ki, hadisəni törədən şəxs öldürdüyün şəxslə bacanaq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar