Daxili İşlər Nazirliyi oktyabrın 6-da Qazax rayonunda baş vermiş mina partlayışı hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 10.30 radələrində Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və Qazax rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədi ilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçib və orada minaya düşüb.
Baş vermiş partlayış nəticəsində Ə.Əliyev ölüb və onun meyiti həmin ərazidə qalıb. Xəsarət almış X.Məhərrəmov və V.Əliyev isə xəstəxanaya gəlib.