DİN polislərə edilmiş hücumla bağlı məlumat yaydı
17 oktyabr 2013 10:30 (UTC +04:00)

DİN polislərə edilmiş hücumla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi oktyabrın 16-da Qusar rayonunda polis əməkdaşlarına qarşı edilmiş silahlı hücumla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manat pulu qarət yolu ilə ələ keçirib. "İsti iz"lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb. Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün RPŞ əməkdaşları saxlanılan şəxsi  şəhər kənarındakı meşə zolağına aparmış, bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçmış həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2986
avatar

Oxşar yazılar