Daxili İşlər Nazirliyi aprelin 19-da saat 21 radələrində Şərur rayonu Püsyan kəndində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kəndin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş A.Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüb.
Qeyd edək ki, qəzaya düşən Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır. Mehdi Mahmudov isə Dövlət Sərhəd Xidmətinin Şərur zastavasının komendantı olub.