DİN məktəbli qətli ilə bağlı məlumat yaydı
04 aprel 2014 13:15 (UTC +04:00)

DİN məktəbli qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi aprelin 1-də Binəqədi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Biləcəri qəsəbəsinin ərazisində Mobil Abdullayevin qətlə yetirilməsi ilə əlaqədar Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bəlli olub ki, M.Abdullayev və Biləcəri qəsəbə sakinləri Fuad Heydərov, Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Abbas Abbaslı və Samir Məmmədov arasında münaqişə baş verib. Bu zaman S.Məmmədovun ona ayaq nahiyəsindən bıçaqla xəsarətlər yetirməsi müəyyən edilib və onlar tutulub.

 

Qeyd edək ki, M.Abdullayevin 16 yaşı olub və orta məktəbin 10-ci sinfində oxuyurmuş.

 

# 704
avatar

Oxşar yazılar