Daxili İşlər Nazirliyi Hacıqabulda ruhi xəstənin faciəvi ölümü ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 10-da saat 18 radələrində Hacıqabul rayonunun M.B.Nadim küçəsində ruhi xəstə Asif Kazımovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 1 mərtəbəli 5 otaqlı evin yanar konstruksıyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Kazımovun yanmış meyti tapılıb.
Faktla bağlı araşdırma aparılır.