Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 8-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yaşayan Mikayıl Abbasova məxsus evdə yanğın baş verib. Nəticədə 11 kv m. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. M.Abbasov aldığı yanıq xəsarətindən, arvadı Zoya Vladimirovna isə tüstüdən boğularaq ölüb.
Araşdırma aparılır.