Daxili İşlər Nazirliyi Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mİngəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.