Daxili İşlər Nazirliyi Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıməlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 2-də saat 20 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakinləri Fəqan Umudovun idarə etdiyi “Range Rover” və Ağabala Hüseynovun idarə etdiyi “ZAZ” markalı avtomobillər toqquşub. “ZAZ” markalı avtomobildə yanğın baş verib, habelə idarəetməni itirmiş F.Umudovun avtomobili paytaxt sakinləri İsgəndər Qasımovun idarə etdiyi “Lexus” və Vahid Mövsümovun idarə etdiyi “Daewoo” markalı avtomobillərə çırpılıb. Nəticədə A.Hüseynov və sərnişinlərindən nəvəsi Hüseyn Hüseynli hadisə yerində ölüb, digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.