DİN dəhşətli hadisə ilə bağlı məlumat yaydı
29 aprel 2014 12:29 (UTC +04:00)

DİN dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 13 radələrində Sabirabad rayonu Axısxa kənd sakini Murad Dautadzeyə məxsus 3 otaqlı evdə yanğın baş verib. Nəticədə 70 kv m. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra M.Dautadzenin azyaşlı oğlu Hüseynin tüstüdən boğulmuş meyiti tapılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

# 971
avatar

Oxşar yazılar