DİN bədbəxt hadisələrlə bağlı məlumat yaydı
14 iyun 2016 16:05 (UTC +04:00)

DİN bədbəxt hadisələrlə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi dünən baş vermiş bədbəxt hadisələrlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 12-də Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Rəşad Xəlilov su kanalında çimərkən boğulub. Meyit iyunun 13-də sudan çıxarılıb.

 

İyunun 13-də Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan Xalidə Məmmədəliyeva kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

 

İyunun 13-də Salyan şəhərində yaşayan Alxas Mirməmmədov isə Akkuşa çayında çimərkən boğulub. Meyit sudan çıxarılıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar