Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 70 kvm. sahədə yanar konstruksiyalar və əşyalar yanıb, orada müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.