Daxili İşlər Nazirliyi Xətai rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 21-də saat 15 radələrində Xətai rayonunun İ.Orucov küçəsində Bakı şəhər sakini Xankişi Günəşova məxsus 5 mərtəbəli binanın çardağında yanğın baş verib. Nəticədə çardağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Martın 22-də saat 01 radələrində həmin binanın 1-ci mərtəbəsində yenidən yanğın baş verib və yanğın söndürülüb.
Araşdırma aparılır.