Daxili İşlər Nazirliyi mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında törədilmiş dətşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib. Sonra o, meyiti həmin avtomaşınla Nərimanov RPİ-yə gətirərək özü də könüllü olaraq təslim olub.
Qeyd edək ki, hadisə vaxtı A.Əhmədova 32 bıçaq zərbəsi endirilib.