Daxili İşlər Nazirliyi Şamaxı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də Şamaxı rayonunun Qaladərəsi kəndindən kənd sakinləri Fəridə Nuriyeva və Sahib Allahverdiyev bədənlərinin müxtəlif yerlərindən ayı dişləmiş halda xəstəxanaya gətiriliblər.
Sonradan həmin ayı kəndin ərazisində 2 baş inəyi də parçalayıb meşəyə qaçıb.