DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı
06 iyul 2016 12:42 (UTC +04:00)

DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı

0

 

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin Lider-Cola istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb,  1500-2000 kvm. ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar