DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
12 yanvar 2015 17:24 (UTC +04:00)

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi  Xəzər rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 11-də saat 19 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Rəşad Nurullayevin idarə etdiyi “VAZ-2106” və Zabit Mayılovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. R.Nurullayev və sərnişini Elçin Əliyev, habelə Z.Mayılovun Telman adlı şərnişini hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar