Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis
İdarəsinin rəis müavini
Novruzov Səbuhi Məhərrəm oğlu - Naxçıvan Muxtar Respublikası
daxili işlər nazirinin müavini
Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında
İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi.