Deputatın qardaşı oğluna qarşı əlavə ittihamlar irəli sürülüb
26 fevral 2013 15:46 (UTC +04:00)

Deputatın qardaşı oğluna qarşı əlavə ittihamlar irəli sürülüb

 

Deputat Hüseyn Mirələmovun həbsdə olan qardaşı oğlu Rəşad Mirələmova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə əlavə ittihamlar irəli sürülüb.


APA-nın məlumatına görə, istintaq tərəfindən R. Mirələmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə), 120.2.5, 120.2.10, 182.2.3 (hədə-qorxu ilə tələb etmə), 182.2.4, 182.3.2, 182.3.3 maddələri ilə əlavə ittihamlar irəli sürülüb.

 

Qeyd edək ki, ötən il iyulun 17-də saat 03.00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Rəşad Mirələmovun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ramal Bayramov aldığı xəsarətdən orada dünyasının dəyişib.


Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Oxşar yazılar