FHN əməkdaşları dənizdə boğulan şəxsləri xilas edib
12 avqust 2017 16:27 (UTC +04:00)

FHN əməkdaşları dənizdə boğulan şəxsləri xilas edib

 

Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:00-də başa çatıb.

 

Həmçinin, Azərbaycanda xarici vətəndaş dənizdə boğulmaq təhlükəsi yaşayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 13:30-də başa çatıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar