Dənizdə batanların meyitləri tapıldı - YENİLƏNİB
İyulun 24-də Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyiti sudan çıxarılıb.
Qeyd edək ki, onlar Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində çimərkən boğulublar.
17:06
İyulun 24-də Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Lent.az-a FHN-dən bildirilib.
Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.
540