18 iyun 2016-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizdə batmış 1959-cü il təvəllüdlü, Əliyev İntiqam Həbib oğlu barəsində xəbər var.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, cəsəd (batdığı yerdən 1000 metr aralıda) Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:15-də başa çatıb.