Fövqəladə Hallar nazirliyinin əməkdaşları daha iki nəfəri dənizdə batmaqdan xilas ediblər. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 1, Qaradağda da bir nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
***
Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.