Lənkəran sakini dəniz kənarında bıçaqlanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Sahil Parkında qeydə alınıb. Şəhər sakini İsazadə Taleh Musa oğlu yaralı vəziyyətdə yoldan keçən taksi sürücüsü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.
Hadisə kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.
Fakt araşdırılır.