Bu gün Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Nabran qəsəbəsindəki «Lokomotiv» İstirahət Mərkəzinin idman kompleksində idman spartakiadasına start verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, spartakiadanın açılışında çıxış edən MHİRK-in sədri Fəzail Bağırov deyib ki, ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib.
Bütün bu işlərdə Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə daim işbirliyi nümayiş etdirib. Azərbaycan idman ölkəsinə çevrilir, dəmiryolçu-idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hazırda “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində 8 idman növü, o cümlədən voleybol, futbol, stolüstü tennis, komandan ox atma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2000 nəfərdən çox dəmiryolçu-idmançı məşğul olur. O bildirib ki, hər il MhiRK-in qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spatakiadası keçirilir. Bu dəfəki yarışların bir hissəsi Nabran qəsəbəsində “Lokomotiv” İstirahət Mərkəzində reallaşır. Spartakiadanı açıq elan edən Komitə sədri idmançılara uğurlar arzulayıb.
Sonra yarış başlayıb. Sərnişin daşımaları, İnfrastruktur və Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentlərinin, YD-nin yük daşımaları, lokomotiv və vaqon təsərrüfatlarının komandaları idmanın voleybol, mini-futbol, stolüstü tennis və nərd üzrə yarışlarda mübarizəyə qatılıblar. Dəmiryolçuların idman spartakiadasıbir həftə\ davam edəcək.