Dəm qazı 21 yaşlı qızın həyatına son qoydu
26 dekabr 2014 22:47 (UTC +04:00)

Dəm qazı 21 yaşlı qızın həyatına son qoydu

0

Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Rauf İsayev küçəsindəki 90 saylı mənzildə qeydə alınıb.

 

Şəhər sakini, 1993-cü il təvəllüdlü Ədilova İlahə Əhməd qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.

   

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar