Dələduzluq edən şirkət rəhbərliyinə daha bir cinayət işi açıldı
01 iyul 2019 19:31 (UTC +04:00)

Dələduzluq edən şirkət rəhbərliyinə daha bir cinayət işi açıldı

Dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov və şirkətin vəzifəli şəxsi Eynur Xudiyevə daha bir cinayət işi açılıb.
 
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
 
Cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
İş hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. İş üzrə 6 zərərçəkmiş şəxs var.
 
Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər. 
 
Hər iki şəxs bundan qabaq da eyni əməllərlə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. E. Məhərrəmov 14 il, Eynur Xudiyev isə 11 il azadlıqdan məhrum edilib. 
 
Onu da qeyd edək ki, birinci cinayət işlərində zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var.
 
Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar