Dələduzluq edən qadın yaxalandı
Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək 2018-ci ilin sentyabr ayından bu ilin may ayınadək Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 dollar və 800 manat pullarını aldıqlarını bildiriblər.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.
Mehman Nəbiyev
581