Daxili İşlər Nazirliyi Biləcəridəki partlayışla bağlı məlumat yaydı
09 oktyabr 2014 12:32 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Biləcəridəki partlayışla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Biləcəridə baş verən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdirilib.

 

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılmış, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar