Karxanadan 5 min manatlıq elektrik naqili oğurlayanlar saxlandı
08 avqust 2015 11:03 (UTC +04:00)

Karxanadan 5 min manatlıq elektrik naqili oğurlayanlar saxlandı

Qazaxda elektrik naqili oğurlayan şəxslər saxlanılıb. Qazax rayon Polis Şöbəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, Mingəçevir sakini Anar Quliyev Qazaxa gedərək rayon sakini Qələndər Hüseynovla birlikdə Daş Salahlı kəndində Məmməd Abdulkərimova məxsus daş karxanasından dəyəri 5000 manat məbləğində 300 metr elektrik naqili və daş karxanasında istifadə edilən aparatları hərəkətə gətirmək üçün mühərriki oğurlayıblar. Qazax Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar