Dalaşdığı qonşusunun anasını öldürdü – TƏFƏRRÜAT
23 yanvar 2013 10:50 (UTC +04:00)

Dalaşdığı qonşusunun anasını öldürdü – TƏFƏRRÜAT

Yanvarın 22-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, Biləcəri qəsəbəsi, Vidadi küçəsi 2 ünvanının qarşısında Zaur Feyzullayev qonşusu Əli Süleymanovla dava edib. Dava zamanı səs-küyə onların anaları da gəlib və aranı sakitləşdirməyə çalışıblar. Lakin davanı sakitləşdirmək istəyən nə Zaurun anası Ruqiyyə Feyzullayeva, nə də Əlinin anası Rübabə Süleymanova bir şey edə biliblər. Dava daha da böyüyüb. Bu zaman Ə.Süleymanov tanışı Elçin adlı şəxsin “VAZ 2104” markalı avtomobilinə minərək aradan çıxmağa çalışıb. Naşı sürücü maşını sürmək istəyərkən idarəetməni itirib və Zaurun anası Feyzullayeva Ruqiyyə Bayram qızını avtomobillə divara sıxıb. Avtomobillə divarın arasında qalan qadın hadisə yerində keçinib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb və Ə.Süleymnaov saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3982
avatar

Nizam Rza

Oxşar yazılar