Bu gün saat 11:40 radələrində Bakı Birinci Dairəvi yolun 7-ci kilometrliyində yol qəzası baş verib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, hadisə zamanı “Nissan” və “Kia” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində yol infratrukturuna ziyan dəyib. Ümumilikdə 20 paqonnometr əyrixətli tir sıradan çıxıb.
Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır.