[b]Daha bir xalq artisti vəfat etdi[/b]
04 mart 2018 17:26 (UTC +04:00)

[b]Daha bir xalq artisti vəfat etdi[/b]

Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə 72 yaşında dünyasını dəyişib. Lent.az axşam.az- istinadən xəbər verir ki, mərhumla bu gün vida mərasimi keçirilib və 14:00 radələrində torpağa tapşırılıb.

 

Qeyd edək ki, Q.Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. O, 1998-ci ilə "xalq artisti" fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub. Q.Tağızadə Aztv-də diktor, bədii rəhbər, baş redaktor vəzifələrində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar