Daha bir korrupsiya faktının üstü açılıb
20 iyun 2013 15:44 (UTC +04:00)

Daha bir korrupsiya faktının üstü açılıb

Baş Prokurorluq daha bir korrupsiya faktı ilə əlaqədar məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Kazbeqi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəyib, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurub.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1982
avatar

Oxşar yazılar