Daha bir intiharın qarşısı alınıb
20 avqust 2015 20:00 (UTC +04:00)

Daha bir intiharın qarşısı alınıb

İntihar məqsədi ilə özünü dənizə atan şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dərhal FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

 

Həmçinin, DSXX-ə daxil olmuş daha bir məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar