Daha bir “avtoş” həbs edildi
07 mart 2015 14:49 (UTC +04:00)

Daha bir “avtoş” həbs edildi

0

Bakıda avtoxuliqanlıqla məşğul olan daha bir sürücü həbs edilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də saat 11:00 radələrində Cavid Abbasəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

C.Abbasəliyev Xəzər rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Maddəsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar