Cocuq Mərcanlıda mina və qumbara tapıldı
23 may 2017 23:24 (UTC +04:00)

Cocuq Mərcanlıda mina və qumbara tapıldı

0

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, gün ərzində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və  1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənib, 27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar